AFFA "Neftçi"nin şikayətini qismən təmin etdi

22.08.2024 17:51 353
Ölkə futbolu
AFFA Apellyasiya Arbitraj Tribunalı şikayətçi “Neftçi"nin apellyasiya şikayəti qismən təmin edib.

"Football-plus.az" xəbər verir ki, 11 avqust 2024-cü il tarixdə Misli premyer-liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra qonaq komandanın futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə futbolçunun 2 oyun cəzalanması, “Neftçi” klubunun 2000 manat cərimə edilməsi (AFFA İntizam Məcəlləsinin 40.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilib.

Futbolçu Ervin Koffi barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilib. Onun üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilib.

AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılıb. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul