Bundesliqada hamını qabaqladı

22.04.2025 17:40 7
Dünya futbolu
Almaniya çempionatında martın ən yaxşı futbolçusu müəyyənləşib.

Bundesliqanın mətbuat xidmətinin məlumatına görə, bu nominasiyada Niko Şlotterbek qalib gəlib. Dortmund “Borussiya”sının müdafiəçisi fərdi mükafat uğrunda mübarizədə Niko Nadim Amiri (Maynts-05), Maykl Olise (Bavariya), Xavi Simons (Leyptsiq) və Nordi Mukieleni (Bayer-04) geridə qoyub.

25 yaşlı Niko mart ayında bundesliqada 4 oyun keçirib və 2 məhsuldar ötürmə verib.