Bundesliqada hamını arxada qoydu

2.06.2023 21:11 218
Dünya futbolu
Bundesliqada mövsümün ən yaxşı oyunçusu seçilib. Bu nominasiyanın qalibi Cud Bellingem olub.


“Football-plus.az” xəbər verir ki, futbol qurumunun saytının məlumatına görə, Dortmund “Borussiya”sının 19 yaşlı yarımmüdafiəçisi Almaniya çempionatının son mövsümündə 31 oyuna çıxıb, 8 qol vurub, 4 qolun ötürməsini verib. Cudun komandası 2022/23 mövsümündə bundesliqada “Bavariya”dan yalnız topların fərqinə görə geri qalaraq 2-ci yeri tutub.