İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu nominasiyada İsko qalib gəlib.
“Betis”in 32 yaşlı yarımmüdafiəçisi mükafat uğrunda mübarizədə Kilian Mbappe (Real), Pedro Dias (Rayo Valyekano), Umar Sadiq (Valensiya) və Markos Alonsonu (Selta) qabaqlayıb.
İskon 2024/25 mövsümündə ilk dəfə fərdi mükafata layiq bilinib. O, mart ayında İspaniya çempionatında 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.