Almaniya çempionatında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyada “Leyptsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku qalib gəlib. O, digər namizədlər Robert Levandovski (Bavariya), Yonas Hofmann, Marko Roys (hər ikisi Dortmund “Borussiya”), Alassane Plea (Münhenqladbax “Borussiya”sı) və Mussa Diabini (Bayer-04) qabaqlayıb. Xatırladaq ki, 24 yaşlı fransız futbolçu fevralda bundesliqada meydana çıxdığı 4 oyunda 5 qol vurmuşdu.