• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Son çempionun ilk məğlubiyyəti - ŞƏRH

Dünya futbolu

21-04-2025, 17:0

Martın sonunda start götürən Braziliya çempionatının 2-ci turundan sonra maksimum nəticə göstərən komanda qalmamış, turnir cədvəlində 7 komandanın 4 xalla şərikli liderliyi formalaşmışdı. 3-cü turda şərikli liderlərin sayı 2-yə endi.

"Football-plus.az" xəbər verir ki, İlk iki oyunda 4 xal toplayan “Botafoqo” üçün hesabat turu uğursuz alındı. Son çempion “Braqantino”ya minimal hesabla uduzdu. Erkən buraxılan qola cavab verə bilməyən Renato Payvanın komandası ilk məğlubiyyətlə 10-cu yerə düşdü.

İlk turun ev oyununda “Botafoqo” ilə qolsuz heç-heçəyə razılaşan “Palmeyras” sonrakı matçlarında maksimum nəticə göstərdi. Ötən mövsümün vitse-çempionu “Sport Resife”dən (2:1) sonra “Korintians”ı da məğlub etdi. San Paulu derbisinin nəticəsini müəyyənləşdirən hər iki qol ilk hissədə vuruldu. Abel Ferreyranın komandası 7 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi.

Son mövsümün bürünc mükafatçısı “Flamenqo” da ilk turda bir xal qazanandan sonra azarkeşlərini ardıcıl ikinci qələbə ilə sevindirdi. Filipe Luisin komandası “Qremio”ya De Arraskaetanın dublu ilə qalib gəldi. Uruqvaylı yarımmüdafiəçi indi Veqetti (Vasku da Qama) ilə birgə 3 qolla bombardirlərin syahısına başçılıq edir. Xalını 7-yə çatdıran “Flamenqo” “Palmeyras”dan çox qol vurduğu üçün 1-ci yerdədi.

Artıq A seriyasında xalı olmayan komanda qalmayıb. Yeni mövsümün hər iki oyununda uduzan “Vitoriya” səfərdə “Atletiko Mineyro”dan bir xalı 2:2 hesablı heç-heçə ilə aldı.

“Vitoriya” kimi yüksək liqaya ötən mövsümün sonunda vəsiqə qazanan “Santos”un da hesabında 1 xal var. “Fluminense” ilə səfər oyununun son saniyələrində buraxılan yeganə qol “ağ-qaralar”ın növbəti məğlubiyyətini rəsmiləşdirdi. Qeyd edək ki, bu il doğma klubuna qayıdan Neymar zədə səbəbindən ölkə çempionatının yeni mövsümündə ilk dəfə meydana çıxdı. Mübarizəyə fasilədən sonra qoşulan 33 yaşlı hücumçu kobud oyunu və sarı vəqərə almasıyla yadda qaldı. Matçdan sonra isə rəhbərlik baş məşqçi Pedro Kayşinya ilə yolları ayırdı. Braziliya klubuna ötən ilin dekabrında təyinat alan 54 yaşlı portuqaliyalı A seriyasında uğursuz starta görə istefaya göndərildi. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Braziliya yığmasının sabiq futbolçusu Sezar Sampayo icra edəcək.

3-cü tur
Braqantino - Botafoqo RJ 1:0

Eduardo Saşa, 5.

Palmeyras - Korintians 2:0
Pikeres, 14. E.Martines, 19.

Qremio - Flamenqo 0:2
De Arraskaeta, 4; 67.

Fortaleza - İnternasyonal 0:0

Juventude – Seara 2:1
Mandasa, 45+1. Mateus Babi, 68 – Aylon, 41.

Vasku da Qama - Sport Resife 3:1
Veqetti, 32; 41. Rayan, 83 – Uqo Moura, 55-öz qapısına.

Bayya - Mirassol 1:1
Erik Pulqa, 40 – Qabriel, 17.

San Paulu - Kruzeyro 1:1
Ferreyra, 52 – Kayo Jorje, 65.

Fluminense - Santos 1:0
Samuel Şavyer, 90+6.

Atletiko Mineyro - Vitoriya 2:2
Vera, 57. İqor Qomes, 87 – Lukas Halter, 47. Mateuzinyo, 65.

1. Flamenqo 3 2 1 0 5-2 7
2. Palmeyras 3 2 1 0 4-1 7
3. Juventude 3 2 0 1 4-3 6
4. Vasku da Qama 3 2 0 1 5-5 6
5. Fluminense 3 2 0 1 3-3 6
6. İnternasyonal 3 1 2 0 4-1 5
7. Fortaleza 3 1 2 0 3-1 5
8. Seara 3 1 1 1 5-4 4
9. Korintians 3 1 1 1 4-3 4
10. Botafoqo RJ 3 1 1 1 2-1 4
11. Braqantino 3 1 1 1 4-4 4
12. Kruzeyro 3 1 1 1 3-5 4
13. Qremio 3 1 0 2 2-5 3
14. Bayya 3 0 3 0 4-4 3
15. San Paulu 3 0 3 0 1-1 3
16. Mirassol 3 0 2 1 3-4 2
17. Atletiko Mineyro 3 0 2 1 3-4 2
18. Santos 3 0 1 2 3-5 1
19. Vitoriya 3 0 1 2 3-6 1
20. Sport Resife 3 0 1 2 2-5 1

Bombardirlər: De Arraskaeta (Flamenqo), Veqetti (Vasku da Qama) - 3, Pedro Raul (Seara), Qabriel Talyari (Juventude), Pikeres (Palmeyras) - 2.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-04-2025, 20:0

Artıq 2 tura maksimum nəticə göstərən qalmadı! - İCMAL

Dünya futbolu

12-05-2023, 18:0

“Botafoqo”dan ardıcıl 4-cü qələbə - TURUN ŞƏRHİ

Dünya futbolu

8-06-2023, 17:0

Lider məğlub oldu, çempion fərqi azaltdı - TURUN ŞƏRHİ

Dünya futbolu

4-05-2023, 19:0

A seriyasında sürpriz lider – TURUN ŞƏRHİ

Dünya futbolu

2-05-2024, 18:0

San Paulu derbisində qolsuz “sülh”

Dünya futbolu

25-04-2024, 19:0

Son çempion: ilk 3 oyuna 4 xal

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 192
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə