“Şahdağ Qusar”ın baş məşqçisi təkzib etdi - “Hər şey qaydasındadı”

21.04.2025 13:28 55
Aktual / Ölkə futbolu
“Şahdağ Qusar”ın prezidenti Vüqar Məmmədovun vəzifəsindən uzaqlaşdırılmasıyla bağlı xəbərlər yayılıb. Amma komandanın baş məşqçisi Elnur Abdullayev bu xəbəri təkzib etdi:
“Hər şey qaydasındadı. Klubumuzun rəhbəri Elçin Cananovdu. Hər zaman yanımızdadı. Müqaviləni da onunla bağlamışam. Sponsor şirkətdə nə olur, deyə bilmərəm. Komandamızda əmin-amanlıqdı. Maaşlar, mükafatlar vaxtında verilir. Komandamızda heç bir problem yoxdu. 1-ci liqaya vəsiqə qazanmışıq. Hədəf çempionluqdu”.

MÜZƏFFƏR QULUZADƏ