“Pley-off oynamaq “Füzuli” - “Cəbrayıl” oyununun nəticəsindən asılı olan şeydi” – “Şahdağ Qusar”dan reaksiya

20.05.2024 12:37 238
Aktual / Ölkə futbolu
1-ci liqaya yüksəlmək üçün pley-off oynamaq şansına malik 2-ci liqa təmsilçilərindən biri də “Şahdağ Qusar”dı.

“Football-plus.az” xəbər verir ki, hesabında 54 xal olan, hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan qusarlılar “Füzuli” - “Cəbrayıl” matçı heç-heçə bitəcəyi təqdirdə 2-ci yeri tuta bilər. Belədə “Şahdağ Qusar” 1-ci liqaya yüksəlmək üçün “Difai Ağsu” ilə pley-off oynayacaq. “Şahdağ Qusar”ın çalışdırıcısı İlkin Hacıxanovla danışdıq:

“Hər oyun bizim üçün önəmlidi. Rəqibmizə hörmətlə yanaşırıq. Güclü olan qalib gəlsin. Biz öz oyunumuzu fikirləşməliyik. Pley-off oynamaq “Füzuli” - “Cəbrayıl” oyununun nəticəsindən asılı olan şeydi. Biz əsas öz oyunumuzu düşünürük. Bütün oyunlara necə ciddi hazırlaşmışıqsa, “Ağdaş”komandasına qarşı da bu belədi”.

KAMAL SƏFƏR