"Şahdağ Qusar" "Kümrük Qax"ı, "Göygöl" "Cəbrayl"ı məğlub etdi - YENİLƏNİB

11.12.2023 17:59 247
II liqa / Manşet
Bu gün futbol üzrə ölkə çempionatının 2-ci liqasında 14-cü tur start götürüb. İlk oyun günündə iki qarşılaşma keçirilib. Autsayderlərdən “Kümrük Qax” “Şahdağ Qusar”ı qəbul edib. Çempionluq iddiasını gizlətməyən “Cəbrayıl”ın Göygöl səfəri də maraqlı olub.

Turun qalan oyunları dekabrın 13-15-i aralığında keçiriləcək.

11 dekabr
Kümrük Qax – Şahdağ Qusar 1:6
Vüqar Məmmədli, 66-p. - Salman Atluxanov, 10. Tural Qurbatov, 51-p. 53, 57, 73, 90+1.
Qax, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Göygöl – Cəbrayıl 2:1
Ülvi Cəlilov, 6. Ziyabil Məmmədov, 90+1. - Tapdıq Əhmədov, 65.
Göygöl, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Xal durumu: Baku Sportinq – 34, Cəbrayıl, Şahdağ Qusar – 30, Füzuli, Qusar – 26, Göygöl – 25, Sheki City – 20, Kür-Araz – 19, Ağdaş, Dinamo – 15, Lerik – 11, Kümrük Qax – 7, Şəmkir – 6, Şəfa – 4.
Bombardirlər: Vüqar Əşrəfli (Göygöl), Tural Qurbatov (Şahdağ Qusar) – 16.