“Fənərbaxça” ən yaxın izləyicisinə uduzdu

2.11.2026 18:30 27
İdman
Basketbol üzrə Avroliqada 8-ci turun oyunları keçirildi.

Ən yaxın izləyicilərindən “Valensiya”nın qonağı olan “Fənərbaxça” cari mövsümdə 2-ci dəfə uduzdu. Cari mövsümdə ilk dəfə Türkiyənin bütün klubları məğlubiyyətlə barışdı. “Beşiktaş” evdə “Olimpiakos”, “Efes” neytral meydanda “Hapoel” önündə “ağ bayraq qaldırdı”.

8-ci tur
Dubay (BƏƏ) – Paris (Fransa) 93:99 (25:23, 22:31, 25:19, 21:26)
Bavariya (Almaniya) – Barselona (İspaniya) 84:88 (17:21, 25:20, 19:23, 23:24)
Srvena Zvezda (Serbiya) – Makkabi T-Ə (İsrail) 100:78 (34:15, 21:15, 23:25, 22:23)
Panatinaikos (Yunanıstan) – Milan (İtaliya) 80:75 (18:19, 22:18, 20:24, 20:14)
Valensiya (İspaniya) - Fənərbaxça (Türkiyə) 86:78 (19:9, 17:16, 24:21, 26:32)
Baskoniya (İspaniya) – Real (İspaniya) 86:104 (19:30, 27:26, 23:26, 17:22)
Beşiktaş (Türkiyə) - Olimpiakos (Yunanıstan) 73:81 (23:25, 13:17, 22:19, 15:20)
Hapoel T-Ə (İsrail) – Efes (Türkiyə) 118:88 (27:21, 36:20, 27:18, 28:29)
ASVEL (Fransa) - Partizan (Serbiya) 82:75 (22:19, 14:13, 20:27, 26:16)
Virtus (İtaliya) - Jalgiris (Litva) 74:91 (22:14, 13:23, 18:28, 21:26)

Xal durumu: Panatinaikos – 15, Valensiya, Hapoel T-Ə, Fənərbaxça, Olimpiakos – 14, Real, Srvena Zvezda, Barselona, Dubay – 13, Jalgiris, Partizan, Virtus – 12, Beşiktaş, Efes, ASVEL – 11, Paris, Bavariya, Makkabi T-Ə – 10, Milan, Baskoniya – 9.