Sinner həm fikrini, həm də məşqçisini dəyişdi

2.11.2026 18:58 18
İdman
Dünyanın birinci kişi tennisçisi Yannik Sinner Səudiyyə Ərəbistanında keçiriləcək və sərgi xarakteri daşıyan “Altı kralın dəbilqəsi” turnirində iştirak edəcək.

25 yaşlı italiyalı bununla bağlı xəbəri sosial şəbəkə hesabında paylaşıb. Halbuki Sinner oktyabrın əvvəlində diz zədəsi üzündən mövsümü vaxtından əvvəl bitirdiyini açıqlamışdı. Onun iyulun 12-dən bəri heç bir turnirdə iştirak etmədiyini də xatırladaq.

“Altı kralın dəbilqəsi” turniri oktyabrın 21-24-ü aralığında Ər-Riyadda keçirilməliydi. Ancaq ölkədəki gərgin vəziyyət üzündən dekabrın sonuna “sürüşdürüldü”. Sinneri həmin turnirdə amerikalı Lerner Tyen əvəz etməliydi. İndi isə italiyalı ulduzla yanaşı, serb Novak Cokoviç, alman Aleksandr Zverev, ispan Karlos Alkaras, amerikalı Teylor Frits və avstraliyalı Aleks De Minaurun turnirdə iştirak edəcəyi bəllidi. Ər-Riyaddakı turnir 2024-cü ildən bəri keçirilir, ilk iki ildə Sinner qalib gəlib.

Yeri gəlmişkən, italiyalı ulduz təkcə fikrini yox, məşqçisini də dəyişib. Gələn mövsüm ona isveçli Maqnus Norman yardım edəcək. Hazırda Sinnerin məşqçilərindən biri olan Darren Kehillin karyerasını bitirəcəyi gözlənilir. Norman isə Simone Vanyotsi ilə tandem halında çalışacaq. İsveçrəli Stanislas Vavrinka isveçli mütəxəssisin rəhbərliyi altında üç dəfə “Böyük dəbilqə” turnirinin qalibi olub.