Laviolett 849-cu qələbəsini qazandı

2.11.2026 15:50 54
İdman
MHL-də çalışan ən məşhur baş məşqçilərdən Piter Laviolett “Los-Anceles”in səfərdə “Reyncers”i məğlub etdiyi oyunda müntəzəm çempionatlarda qələbə sayını 849-a çatdırdı.

Bu göstəricidə Ken Hiçkoku haqlayan amerikalı mütəxəssis 6-cı yerdədi. Laviolett “Kinqz”in “sükanı arxasına” iyunda keçib. Həmin vaxt onun hesabında 846 qələbə var idi. Bu göstəricidə rekordçu Skotti Boumendi (1244 qələbə).

Srağagün səfərdə “Anahaym”a qalib gələn “Vankuver” 10 oyunluq məğlubiyyət seriyasına son qoydu. Bununla belə, Kanada təmsilçisi 7 xalla hələ də Qərb konfransında sonuncu – 16-cı pillədə qərarlaşıb.

27 oktyabr
Reyncers – Los-Anceles 3:6 (1:3, 1:2, 1:1)
Kalqari – Toronto 5:2 (2:0, 1:1, 2:1)
Edmonton – Detroyt 3:4 B (1:0, 0:1, 2:2, 0:0)

28 oktyabr
Filadelfiya – Kolambus 3:4 OT (0:3, 1:0, 2:0, 0:1)
Vinnipeq – Florida 1:5 (0:3, 1:1, 0:1)
Dallas – Nyu-Cersi 1:5 (0:1, 1:3, 0:1)
Karolina – Boston 2:1 (1:1, 0:0, 1:0)
Neşvill – Aylenders 3:4 B (0:2, 2:1, 1:0, 0:0)
Sent-Luis – Monreal 0:2 (0:0, 0:1, 0:1)
Çikaqo – Los-Anceles 2:1 (0:1, 1:0, 1:0)
Yuta – Minnesota 1:3 (0:0, 0:1, 1:2)
Anahaym – Vankuver 5:6 OT (1:0, 3:1, 1:4, 0:1)
Veqas – Ottava 4:1 (0:0, 1:0, 3:1)
San-Xose – Baffalo 0:2 (0:0, 0:1, 0:1)

29 oktyabr
Vaşinqton – Filadelfiya 5:2 (1:0, 2:1, 2:1)
Edmonton – Kalqari 4:0 (1:0, 1:0, 2:0)
Kolorado – Nyu-Cersi 5:2 (0:1, 1:0, 4:1)
Sietl – Toronto 5:4 (1:1, 3:1, 1:2)