“Heç kim istəməz ki, oyunun bitməsinə az qalmış belə səhv olsun” – Vaqif Cavadov

20.04.2025 21:33 18
Ölkə futbolu / Manşet
“Sumqayıt” Misli premyer-liqasının 31-ci turunda səfərdə “Zirə”yə məğlub oldu – 1:3.

“Football-plus.az” qonaqların baş məşqçisi Vaqif Cavadovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.

- Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Həmin komanda elə-belə 2-ci yerdə qərarlaşmayıb. “Sumqayıt” da yaxşı oyun nümayiş etdirdi. Hər iki komandanın oyun üslubu görünürdü. İnanıram ki, belə komandalara qarşı daha da möhkəm olacağıq. Növbəti oyunlarda belə mübarizələrin olmasını istəyərəm.

- Yerli oyunçuların uşaq səhvlərini görəndə düşünürüsüz ki, gələn mövsüm limit yoxdu?
- Düşünmürəm. Heç kim istəməz ki, oyunun bitməsinə az qalmış belə səhv olsun. Bu futboldu. İstər yerli olsun, istər əcnəbi - mənim üçün hamı eynidi və güvənirəm. İnanıram ki, belə epizodlarımızın sayı az olar.

ƏSƏD SEYİDOV