Millimiz Estoniyaya qarşı

19.04.2025 12:26 7
Ölkə futbolu
Bu gün U-17 millimiz Moldovada təşkil olunan UEFA İnkişaf Turnirində 3-cü oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandamız Estoniyalı həmyaşıdları ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.

Azərbaycan bunadək yarışda 2 matça çıxıb. Millimiz Moldovaya uduzub (0:1), Gürcüstana qalib gəlib (1:0).