Bu gün U-17 millimiz Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, yığmamız Gürcüstanla qarşılaşacaq.
Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçiriləcək və Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.
Qeyd edək ki, U-17 millimiz ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub. Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel).