Bu gün U-17 millimiz Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, yığmamız Gürcüstanla qarşılaşıb.
Görüş Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda keçirilib. Matçda Azərbaycan millisi 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu 10-cu dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, U-17 yığmamız ilk oyununda Moldovaya 0:1 hesabı ilə uduzub. Komanda 3-cü - sonuncu matçında Estoniya ilə üz-üzə gələcək (19 aprel).