U-17 millimiz bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.
Millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da baş tutacaq.