Millimiz Qazaxıstana qarşı

19.02.2025 10:44 245
Ölkə futbolu
Bu gün U-17 millimiz UEFA İnkişaf Kubokunda 3-cü oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə Qazaxıstanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 14.20-də başlayacaq.

Qeyd edək ki, millimiz ilk oyununda Rusiyaya 0:3 hesabı ilə uduzub, 2-ci görüşündə isə İrana 1:0 hesabı ilə qalib gəlib.