Millimiz UEFA İnkişaf Turnirində ilk oyununa çıxır

14.04.2025 10:30 13
Ölkə futbolu
U-17 millimiz (2009-cu il təvəllüd) Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, komanda meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. “Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.

Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.