“Özümə nə arzulayıramsa, “Kəpəz”ə də onu arzulayıram” - Nofəl Əzizov

16.04.2025 19:12 86
Aktual / Ölkə futbolu
Uzun müddət “Kəpəz”in inzibatçısı kimi çalışmış Nofəl Əzizov 60 yaşını tamamlayıb.

“Football-plus.az” həm onu təbrik edib, həm də açıqlama alıb:
“Tovuz yaşıma çatdım. Bir il tovuzlu olacam (gülür). Məni təbrik edən də, etməyən də dostlar, qardaşlar sağ olsun. “Kəpəz” mənim üçün elə komandadı ki, özümə nə arzulayıramsa, “Kəpəz”ə də onu arzulayıram”.

MÜZƏFFƏR QULUZADƏ