“Kəpəz”in sabiq rəsmisi “Qarabağ”a söz atdı

1.04.2024 20:20 320
Premyer-liqa / Manşet
Öz stadionu təmirdə olduğuna görə ev oyununu rəqibinin meydanında keçirən “Kəpəz” dünən “Qarabağ” önündə darmadağın oldu – 1:6.

2-ci dövrədə bu komandalar arasında keçirilən oyunda ağdamlılar gəncəliləri bundan da betər günə salmışdı - 7:1. “Kəpəz”in sabiq rəsmisi Nofəl Əzizov “feysbuk” hesabında bu oyunla bağlı qəribə paylaşım edib:

“Gözləyək görək “Qarabağ” aprelin 20-dəki oyunu necə oynayacaq?”


Xatırladaq ki, “Qarabağ” aprelin 20-də evdə “Qəbələ” ilə qarşılaşacaq. Belə çıxır ki, Nofəl bəy “köhlən atlar”ın həmin oyunda tam gücünü qoymayacağına eyham vurur. “Football-plus.az” bunu aydınlaşdırmaq üçün Əzizova müraciət etdi:

“Əslində elə düşünmürəm. Sadəcə, gözləyirəm”.


ƏSƏD SEYİDOV