Mehman Allahverdiyev doğum günündə Gəncə futboluna nə arzuladı? - AÇIQLAMA

13.01.2024 15:51 383
Ölkə futbolu / Manşet
"Ad günümü təbrik edən hər kəsə təşəkkür edirəm. Yaddan çıxarmayan, diqqət göstərən hər kəs sağ olsun" - bu sözləri "Football-plus.az"a "Kəpəz"in İdarə Heyətinin üzvü, bu gün 63 yaşını qeyd edən Mehman Allahverdiyev deyib.

O, həm Yeni il, həm də yeni yaşıyla bağlı arzularından danışıb:

"2024-cü ilin bizim üçün uğurlu və düşərli olacağına inanıram. İnşallah, "Kəpəz" premyer-liqada qalacaq. Həmçinin Gəncə Futbol Akademiyası fəaliyyətə başlayacaq. Bu iki əlamətdar hadisə bölgəmizdə futbol bayramının yaşanmasına səbəb olacaq. Hər kəs məhz bu amal üçün çalışır".

KƏNAN BAHADIR