Braziliya klubunda istefa

16.04.2025 16:26 9
Dünya futbolu
“Santos” baş məşqçi Pedro Kaysinya ilə yolları ayırıb.

Bu barədə Braziliya klubunun saytı məlumat yayıb.

“Santos” Braziliya çempionatının yeni mövsümündə keçirdiyi ilk 3 oyunda qələbə qazana bilməyib. Komanda “Vasku da Qama”ya (1:2) və “Fluminense”yə (0:1) məğlub olub, “Bayya” ilə heç-heçə (2:2) edib. Yalnız 1 xal toplayan “Santos” turnir cədvəlində 18-ci yeri tutur.

Braziliya yığmasının sabiq futbolçusu Sezar Sampayo baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edəcək.