16 yaşlı futbolçu öldü...

16.04.2025 20:12 5
Dünya futbolu
Rusiya futbolunda bədbəxt hadisə baş verib. Yeniyetmə futbolçu ölüb.

"Football-plus.az" xəbər verir ki, “Rotor”un yetirməsi Maksim Semyonov 16 yaşında dünyasını dəyişib. Klubun mətbuat xidmətinin məlumatına görə, məşqdən sonra evə qayıdan futbolçu onlayn oyunlar oynamaq və dincəlmək üçün kompüteri işə salıb. Lakin özünü pis hiss edib. Onun yaxınları dərhal təcili yardım çağırsalar da, idmançını xilas etmək mümkün olmayıb.

Maksim öz mənzilində dünyasını dəyişib. Ölümün ilkin səbəbi kimi ürək fəaliyyətinin dayanması göstərilib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul