Luis Texada dünyasını dəyişib.
Panama yığmasının sabiq oyunçusu yanvarın 28-də 41 yaşında vəfat edib.
Veteranların oyununda özünü pis edən Luis huşunu itirib. Xəstəxanaya çatdırılan futbol veteranını həyatını xilas etmək mümkün olmayıb. Texada karyerası ərzində 20-dən artıq klubun formasını geyib. Futbolçu həyatına 2022-ci ildə “Deportivo del Este”də son qoyub. O, Panama yığmasının tarixinə ən yaxşı bombardir kimi düşüb. Milli formada 2001-18-ci illərdə 108 oyun keçirən sabiq hücumçu 43 qol vurub. Onun 7 məhsuldar ötürmə etdiyini də xatırladaq. Texada Rusiyada təşkil edilən DÇ-2018-in iştirakçısı olub. Qeyd edək ki, bu turnir Panaman millisinin tarixinə debüt mundialı kimi düşüb. Luis həmin yarışda iki oyunda meydana çıxıb.