Renat məhsuldar ötürmə etdi

13.04.2025 01:35 5
Dünya futbolu
Rahil Məmmədov və Renat Dadaşovun formasını geydiyi “Radomyak” Polşa Ekstraklasasında 28-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Rakov”un qonağı olub. Görüş "Radomyak"ın 1:2 hesablı məğubiyyəti ilə başa çatıb. Rahil bu görüşün iştirak ərizəsində yer almayıb.

Meydana start heyətində çıxan Renat isə 76-cı dəqiqədə Pedro Perotti ilə əvəzlənib.

Matçın 45+1-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan həmyerlimiz ikinci hissədə məhsuldar ötürmə müəllifi olub. 52-ci dəqiqədə Dadaşovun ötürməsindən sonra Rafal Volski “Radomyak”ı hesabda önə keçirib. Lakin qonaqların sevinci çox çəkməyib. 12 dəqiqəyə 2 qol vuran “Rakov” qələbə qazanıb.

Qeyd edək ki, “Radomyak” 34 xalla 13-cü sıradadı.