İndi maraq doğuran başqa sual var: Bayılda yaşananlar tovuzlu azarkeşləri “Turan Tovuz”dan soyutmayacaq ki? Axı şənbə günü “Sabah”ı qəbul edəcək Tovuz klubu yenə azarkeş dəstəyinə ehtiyac duyur.
“Ultras Turan”ın rəhbəri Kamal Saqqayevə müraciət etdik: klubun Veysəl Rzayevlə bağlı qərarı sizi razı saldımı? Tribunaları dolduracaqsız, yoxsa Veysəllə bağlı qərara görə hansısa narazılıq qaldı? Onun “Football-plus.az”a cavabı:
“Biz həmişə “Turan Tovuz”un yanındayıq. Klub ona lazımi cəzanı verib. İstəməzdik ki, belə hal baş versin”.
ƏSƏD SEYİDOV





