Tovuzlu azarkeşlərlə bağlı tədbir görülüb

25.09.2024 22:36 606
Aktual / Ölkə futbolu
AFFA İntizam Komitəsinin son iclasında “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda meydana kənar əşyalar atıldığına görə Tovuz klubu 800 manat cərimələnib.

“Turan Tovuz” indiyə qədər dəfələrlə azarkeşlərə görə cərimələnib. Bunun bir sonu varmı?

Bu sualı “Turan Tovuz”un azarkeşlərlə əlaqələndirici Kamal Saqqayevə ünvanladıq. O, “Football-plus.az”a açıqlamasında həmin tərəfdarlarla bağlı ciddi tədbirlərin görüldüyünü dedi.

ƏSƏD SEYİDOV