"Sabah" futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi “Turan Tovuz” klubuna transfer olunub.
Qeyd edək ki, Veysəl Rzayev 2022-ci ilin yayından icarə əsasında "Turan Tovuz"da çıxış edirdi.
Əlavə edək ki, "Turan Tovuz" bu yay Tural Bayramlı, İvan Konovalov, Sergey Samok və Kristian da Silvanı da heyətə cəlb edib.