Qeyd edək ki, futbolçu daha sonra onu təhqir edən azarkeşləri çıxmaq şərti ilə komandanı dəstəkləyən azarkeşlərdən üzr istəyib.
Görəsən, Veysəl Rzayev dava-dalaşa görə cəzalanacaqmı? Bu sualı klubun idarə heyyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyevə ünvanladıq:
“Veysəldən dərhal izah tələb olundu. Onun yazdıqlarına görə, azarkeşlər təhqir atəşinə tutub, əsəblərini cilovlaya bilməyib, belə hərəkət edib. Etdiyi əmələ görə çox peşmandı və azarkeşlərdən üzr istəyir. İzahatdan sonra klubun daxili qaydalarına əsasən, böyük məbləğdə cərimələndi. Premyer-liqada çıxış edən futbolçular üçün böyük sayılacaq məbləğdə cərimələnib”.
ƏSƏD SEYİDOV





