Mahirin komandası "İstra 1961"ə qarşı

29.07.2023 12:16 264
Dünya futbolu
Millimizin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 2-ci tur oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə "İstra 1961" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, Mahirin komandası hazırda turnir cədvəlində 0 xalla 9-cudur. Zaqreb təmsilçisi ilk turda "Hayduk"a 1:2 hesabı ilə uduzub.

Xorvatiya çempionatı, 2-ci tur.

"İstra 1961" - "Dinamo" (Zaqreb)

Baş hakim: Duye Strukan
"Aldo Drosina" stadionu. 23.00