Mahirin klubunda baş məşqçi ilə bağlı qərar verildi

28.05.2022 22:05 557
Dünya futbolu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su baş məşqçi ilə bağlı qərarını verib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiya təmsilçisi hazırkı çalışdırıcısı Ante Çaçiçlə müqavilənin müddətini uzadıb. Onunla 1+1 illik sözləşmə imzalanıb.

Xorvat mütəxəssis bu ilin aprelindən "Dinamo"nu çalışdırırdı. Komanda 2021/2022 mövsümündə Xorvatiya çempionu olub.