Bəs. belə iddialar necə qarşılanmalıdı? Artıq başqa matçların nəticələrinin şəffaflığına da şübhə ilə yanaşa bilərikmi?
“Football-plus.az” bu suallarla UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimliyə müraciət etdi:
“Düzü, “Sabah”ın bəyanatı haqda məlumatım yoxdu. Bu barədə mənə bilgi verilməyib. Klub AFFA-ya müraciət edibsə, federasiya tərəfindən adekvat addımlar atılacaq və lazımi araşdırma aparılacaq”.
KƏNAN BAHADIR






