Son günlərdə Azərbaycan futbolunun müxtəlif liqalarında danışılmış oyunlarla bağlı söz-söhbət yenə artmaqdadı.
Artıq AFFA-da tərəfdaşlarından müvafiq siqnallar aldığını, ayrı-ayrı klublardan izahat istədiyini açıqlayıb. “Football-plus.az” UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli ilə əlaqə saxladı:
“Oyunlar daim nəzarətdə saxlanılır. Həmişə bu istiqamətdə araşdırmalar aparılır. Hansısa yanlışqlıq aşkarlanarsa, dərhal tədbir görürük. Keçdiyimiz seminarların effektli və ya effektsiz olduğunu müəyyənləşdirmək üçün elə bir ölçü vahidi yoxdu. Hər halda, bu mövzuda aparılan təlimlər müəyyən effekt verir”.
Seymur bəyə “sizə əsasən hansı liqalarla bağlı şübhəli videolar göndərilir” sualını da ünvanladıq:
“Bu ümumidi. Kimsə bir yanşlıq görürsə, bizə video ünvanlayır. Biz də öz növbəmizdə bu məsələni araşdırırıq və lazımi tədbirlər görürük”.
MİRKAMAL KAZIMZADƏ