Oveçkin 895-ci qolu vurdu! - MHL rekordu yeniləndi

6.04.2025 22:39 14
Aktual / İdman
Bu dəqiqələrdə davam edən "Aylenders" - "Vaşinqton" oyununda bütün hokkeysevərləri maraqlandıran hadisə baş verdi.

Belə ki, qonaqların rusiyalı kapitanı Aleksandr Oveçkin 2-ci periodun 8-ci dəqiqəsində fərqlənməklə MHL-in müntəzəm çempionatında qol sayına görə yeni rekord müəyyənləşdirdi.

"Football-plus.az" xəbər verir ki, o, kanadalı Ueyn Qretskinin uzun illər ərzində "həyatda olan" rekordunu (894) yenilədi. Oveçkin buna 1487-ci oyunda nail oldu.