Millimiz bu gün Malta ilə qarşılaşacaq

2.09.2022 14:10 322
Yığma
Bu gün qadınlardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsinin E qrupunda növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Siyasət Əsgərovun komandası Malta ilə üz-üzə gələcək.

Bakıda keçirilmiş matçda rəqibinə 1:2 uduzan yığmamız səfərdə revanş almağa çalışacaq.

21.30. Malta - Azərbaycan
Ta Qali, "Sençeneri" stadionu
Baş hakim: Silviya Qasperotti (İtaliya)