Bunun məntiqi nəticəsi kimi yığmanın qapısı da onun üzünə bağlanıb. Bəs futbolçunun kəskin eniş yaşamasının səbəbi nədi: Doğrudanmı, o, “Neftçi”yə qoşulan futbolçularla rəqabətdə uduzur? Bu sualları təcrübəli menecer Tural Əsgərova ünvanladıq:
“Ramilin formasında kəskin eniş olduğunu düşünmürəm. Görünən odu ki, Ramil “Neftçi”nin indiki məşqçi korpusunun planlarına uyğun deyil. Nəzərə alaq ki, Ramil “Neftçi”yə əvvəlki baş məşqçi Roman Qriqorçukun dövründə transfer olunmuşdu”.
ƏSƏD SEYİDOV






