Millimizin üzvü Ramil Şeydayevin "Neftçi"yə keçidi rəsmiləşib.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı hücumçu 3 illik müqavilə imzalanıb. O, paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Şeydayevin son klubu Türkiyənin 1-ci liqa təmsilçisi "Kocaelispor" olub.
Rami daha əvvəl də üç dəfə Misli premyer-liqasında oynayıb. O, Bu, 2017-18 və 2021-23-cü illərdə "Qarabağ", 2020-21-ci ildə isə "Sabah"da çıxış edib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.
Ramil Şeydayev rəsmən "Neftçi"də
Ölkə futbolu





