Legioner həyatı yaşayan daha bir futbolçumuz klubundan ayrıldı.
Söhbət “Kocaelispor”dan ayrılan Ramil Şeydayevdən gedir. Futbolçunun üz tutduğu ünvan da bəllidi – “Neftçi”. Bəli, o, bundan sonra “ağ-qaralar”ın bir parçası olacaq. Sabiq “Qarabağ”lı “Neftçi”ni seçməklə doğru, yoxsa yanlış hərəkət edib?
Bu sualı tanınmış menecer Erkin İbrahimova ünvanladıq. Onun “Football-plus.az”a açıqlması belə oldu:
“Ramil azərbaycanli futbolçudu. Bəli, "Qarabağ"da oynayıb, amma vaxtilə "Sabah"da da olub. Məncə, "Neftçi" üçün yaxşı variantdı. Çünki Şeydayev iki-üç mövqedə oynaya bilir. Həm də Qriqorçukun oyun tərzinə uyğundu. İndi bizdə belə bir təfəkkür yoxdu ki, "Real"da oynayan "Barselona" ya getməsin. Məncə, bu transferdə hər iki tərəf udacaq. Ramil də klub seçimində yanılmışdı, bu da onun üçün bir şansdı".
RÖYANƏ OĞUZ