MS-dən yeni rekord

3.04.2025 10:51 10
Dünya futbolu
“Mançester Siti” İngiltərə kubokunda yeni rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, Xosep Qvardiolanın komandası 1/4 finalda “Bornmut” üzərində 2:1 hesablı qələbə qazanıb. “Şəhərlilər” ardıcıl 7 mövsüm yarımfinala çıxan ilk komanda olub.

MS turnirin yarımfinalında “Nottingem Forest” ilə qarşılaşacaq. İkinci yarımfinal matçında isə “Aston Villa” və “Kristal Palas” üz-üzə gələcək.