11 elita, 5 çempionşip təmsilçisi qaldı

22.02.2025 22:00 293
Dünya futbolu
İngiltərə kubokunda 1/16 finalın son oyunu keçirildi.

3-cü liqa təmsilçisi “Ekseter”in müqavimətini yalnız penalti seriyasında qırmağı bacaran “Nottingem Forest” də adını 1/8 finalın iştirakçıları siyahısına yazdırdı. “Meşəçilər” növbəti mərhələdə “İpsviç”lə qarşılaşacaq.

Ümumiyyətlə, kubok uğrunda mübarizəni davam etdirən komandalardan 11-i premyer-liqa, 5-i isə çempionşip təmsilçisidi.

1/16 final oyunu
Ekseter (D-3) – Nottingem Forest 2:2, p. – 2:4
Macennis, 5; 50 – Sosa, 15. Avonyi, 37.
1/8 finalda bu cütlər qarşılaşacaq: Mançester Yunayted – Fulhem, Nyukasl – Brayton, Mançester Siti – Plimut (D-2), Aston Villa – Kardiff (D-2), Bornmut – Vulverhempton, Nottingem Forest – İpsviç, Kristal Pelas – Milluoll (D-2), Preston (D-2) – Bernli (D-2).

Oyunlar martın 1-2-də keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul