Qəzetimizin ötən sayında 1/32 finalın təkrar oyunlarından biri gec başa çatdığına görə nəticəni göstərə bilməmişdik.
“Football-plus.az” xəbər verir ki, həmin oyunda “Nottingem Forest” 3-cü dəstə təmsilçisinin müqavimətini əlavə vaxtda qırdı. Artıq 1/16 finalda qarşılaşacaq cütlər də bəllidi: Bornmut – Suonsi (D-2), Bristol Siti (D-2) – Nottingem Forest, Çelsi – Aston Villa, Şeffild Uensdey (D-2) – Koventri (D-2), Tottenhem – Mançester Siti, İpsviç (D-2) – Meydston (D-6), Everton – Luton, Lids (D-2) – Plimut (D-2), Lester (D-2) – Birmingem (D-2), Şeffild Yunayted – Brayton, Fulhem – Nyukasl, Vest Bromviç (D-2) – Vulverhempton, Uotford (D-2) – Sauthempton (D-2), Liverpul – Norviç (D-2), Nyuport (D-4) – Mançester Yunayted, Blekbern (D-2) – Rekshem (D-4).
Bu mərhələnin oyunları yanvarın 25-29-u aralığında keçiriləcək.
1/32 final, təkrar oyun
Blekpul (D-3) – Nottingem Forest 2:3, ə.v.
Morqan, 61. Cozef, 78 – Omobamidele, 16. Danilo, 46. Vud, 110.
Çərşənbə axşamı və çərşənbə günü keçirilən qalan oyunların nəticəsi: Vulverhempton – Brentford 3:2, əlavə vaxtda, Bolton (D-3) – Luton 1:2, Bristol Siti (D-2) – Vest Hem 1:0, Birmingem (D-2) – Hall Siti (D-2) 2:1 İstli (D-5) – Nyuport (D-4) 1:3, Bristol Rovers (D-3) – Norviç (D-2) 1:3, Everton – Kristal Pelas 1:0.