İngiltərə premyer-iqasının 2022/23 mövsümünün təqvimi müəyyənləşib.
Turnirin saytının məlumatına görə, yeni mövsümə avqustun 5-də keçiriləcək “Kristal Pelas” – “Arsenal” matçı ilə start veriləcək. İngiltərə çempionatının ən yüksək liqasında mübarizəyə gələn il mayın 28-də yekun vurulacaq.
Avqustun 5-7-si aralığında keçiriləcək 1-ci turun təqvimini nəzərinizə çatdırırıq: Kristal Pelas – Arsenal, Fulhem – Liverpul, Bornmut - Aston Villa, Lids – Vulverhempton, Lester – Brentford, Nyukasl - Nottingem Forest, Tottenhem – Sauthempton, Everton – Çelsi, Mançester Yunayted – Brayton, Vest Hem - Mançester Siti.