“Mançester Siti” İngiltərə futbolu üçün rekord müəyyən edib.
Çempionlar Liqasının son qalibi bu turnirin qrup mərhələsinin 6-cı turunun oyunundan sonra unikal nailiyyətə imza atıb. “Opta”nın məlumatına görə, MS “Srvena Zvezda”nı 3:2 hesabı ilə məğlub etməklə ÇL-də ardıcıl 8 qələbə qazanan ilk İngiltərə klubu olub.
Xatırladaq ki, Xosep Qvardiolanın komandası G qrupunda 6 oyunda maksimum - 18 xal toplayıb. MS 1/8 finala vəsiqəni hələ 4-cü turdan sonra təmin etmişdi.