Nqolo Kante təqdirəlayiq addımı ilə diqqət mərkəzinə düşüb.
"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad”ın yarımmüdafiəçisi növbəti dəfə xeyirxah addım atıb. Əslən Malidən olan futbolçu bu ölkədə tibb müəssisəsi inşa etdirib. Bununla bağlı insayder Fabritsio Romano məlumat yayıb.
Fransa yığmasının da üzvü olan Kante Malidəki imkansız ailələrin sağlamlığı üçün bu addımı atıb. Tibb müəssisənin dəyəri 5 milyon dollara bərabərdi.