"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante komandanı tərk etmək üzrədi.
"Football-plus.az" xəbər verir ki, o, Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna transfer olmağa çox yaxındı. Futbolçu artıq tibbi müayinəni uğurla başa vurub. 32 yaşlı fransalının keçidi yaxın saatlarda açıqlanacaq.