"Dallas"ın ulduz basketbolçusu Keyri İrvinq təqdirəlayiq addım atıb.
"Football-plus.az" xəbər verir ki, martın 2-də Şimali Texasda Hindistandan olan üç tələbə avtomobil qəzasına düşüb. Zərərçəkənlərdən biri aldığı xəsarətdən dünyasını dəyişib. Tələbələrin ailəsi "GoFundMe" platformasında yardım istəyib. Onların çağırışına İrvinq qoşulub. Basketbolçu qəza qurbanlarına 38 min dollar bağışlayıb.