“İnter” oyunçusuna qiymət qoydu

11.05.2023 20:30 323
Dünya futbolu
“İnter” qapıçısı Andre Onanaya qiymət qoyub.

"Football-plus.az" xəbər verir ki, insayder Canluka Di Martsionun yaydığı xəbərə görə, Milan klubu kamerunlu futbolçunu 50 milyon avroya satmağa hazırdı. “Mançester Yunayted” və “Çelsi” Onana ilə maraqlanır. Lakin indiyə qədər klublar arasında bu mövzuda danışıqlar aparılmayıb.

Qeyd edək ki, Onana ötən yay “İnter”ə azad agent kimi gəlib.