4 ildən sonra Turinə qayıtdı

26.03.2025 15:17 5
Dünya futbolu
“Yuventus”da gözlənilən baş məşqçi dəyişikliyi rəsmiləşib.

Tyaqo Motta qeyri-qənaətbəxş nəticələrə görə bu vəzifədən istefaya göndərilib.

O, “Yuventus”u 2024-cü ilin yayından çalışdırırdı. Rəhbərlik 42 yaşlı mütəxəssisə İqor Tudoru xələf seçib. Xorvatiyalı ilə müddti iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb. Komanda Çempionlar Liqasına vəsiqə qazanacağı halda müqavilənin müddəti 1 illiyə artırılacaq.

Tudorun çalışdırdığı sonuncu klub “Latsio” olub. İtaliya komandasını ötən ilin martında tərk edən 46 yaşlı xorvatiyalı “Yuventus”a 1998-2007-ci illərdə futbolçu, 2020-21-ci illərdə isə məşqçi kimi xidmət edib.

“Yuventus” hazırda A seriyasının turnir cədvəlində 52 xalla 5-ci yeri tutur.