Paytaxt klubunda yeni baş məşqçi

21.03.2024 22:50 153
Dünya futbolu
“Latsio”da baş məşqçi problemi yoluna qoyulub.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə İqor Tudor təyin olunub. Xorvatiyalı mütəxəssis bir neçə gün əvvəl istefa verən Mauritsio Sarrini əvəzləyib. Yayılan ilk məlumatda onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Tudorun sonuncu iş yeri “Marsel” olub. 45 yaşlı mütəxəssis İtaliyada daha əvvəl “Udineze”, “Verona” və “Yuventus”da çalışıb.

“Latsio” hazırda A seriyasında 43 xalla 9-cu yeri tutur.